Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə növbəti taxıl tranziti həyata keçiriləcək

15:26 - 9.09.2026


9 sentyabr, Fineko/abc.az. Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti kənd təsərrüfatı yüklərinin tədarükü baş tutacaq.

Sentyabrın 10-da qonşu ölkəyə ümumilikdə 41 vaqondan ibarət növbəti dəmir yolu heyəti yola salınacaq. Tədarük tərkibinə 20 vaqon arpa və 21 vaqon buğda daxildir.

Yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından yola salınacaq.