16:47 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) qurumun ölkə üzrə yeni rəhbəri təyin edilib.
Sentyabrın 1-dən vəzifəsinin icrasına başlayan S.Bakes Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla, Dünya Bankı Qrupunun Azərbaycandakı bütün fəaliyyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, Saşa Bakes bundan əvvəl IFC-nin İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi çalışıb və qurumda 17 ildən artıq təcrübəyə malikdir. O, bu vəzifədə səlahiyyət müddəti başa çatan Stefani Ştallmaysteri (Stefanie Stallmeister) əvəz edib.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026