11:48 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Hazırda 4 təhsil müəssisəsində Simaacsses tətbiq olunur.
Bunu jurnalistlərlə görüşdə "Azintelekom"un şöbə müdiri Tamerlan Məşədihəsənli bildirib.
Sözügedən üz tanıma proqramının bundan sonra daha bir neçə təhsil müəssisələrində də tətbiq ediləcəyini bildirən şöbə müdiri yeniliyin əsas məqsədini açıqlayıb:
"Bizim burda əsas məqsədimiz təhsil müəssisələrinə gələn, burdan çıxan insanların kimliyini dəqiq bilməkdir. Yəni, bununla əmin olunur ki, müəssisəyə daxil olan şəxslər tədris ocağının əməkdaşlarıdır və kənar şəxslər deyil. Gələcəkdə biz bunu daha çox məktəblərdə tətbiq etməyi düşünürük. O cümlədən bu yeniliyi bağçalarda da tətbiq edəcəyik".
Müəllif: Elmir Muradov
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026