13:16 - 16.01.2019
16 yanvar, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanda pərakəndə satış nöqtələrində satılan malların dəyəri 3% artaraq 37,1 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ticarət dövriyyəsində 18,6 milyard manat ərzaq məhsulları, alkoqol və tütün məmulatları, 18,5 milyard manat qeyri-ərzaq malları təşkil edib.
“Bu göstərici, real ifadədə 2017-ci ildəkindən 2,5% və 3,4% çoxdur”, - Dövlət Komitəsindən bildirildi.
Komitədən həmçinin xəbər verildi ki, adambaşına pərakəndə satış nöqtələrinin dövriyyəsi 2017-ci il ilə müqayisədə 12,9 manat artaraq 314,8 manat təşkil etmişdir. Orta hesabla hər bir vətəndaş 158,2 manat dəyərində ərzaq malları və 156,6 manatlıq qeyri-ərzaq məhsulları alır.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026