11:43 - 16.01.2019
16 yanvar, Fineko/abc.az. Dubayda “Azərbaycan Ticarət Evi”nin açılışı keçirilib.
Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ticarət Evində hər kəsin Azərbaycan haqqında, o cümlədən turizm sahəsində ətraflı və maraqlı məlumatları əldə edə biləcəyi xüsusi bir informasiya ofisi olacaq.
“Ticarət Evində 600-dan artıq yerli məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və s. təqdim olunacaq”, - məlumatda belə deyilir.
30 İyul 2026
29 İyul 2026