16:14 - 12.11.2026
12 noyabr, Fineko/abc.az. “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansında olan və ilkin satış qiymətlərinin cəmi 2 milyon 490 min 500 manat təşkil edən 7 qeyri-yaşayış sahəsi 9 dekabr 2026-cı il saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) hərraca çıxarılacaq.
Satışa təqdim olunan obyektlərin altısı Bakının Xətai, biri isə Yasamal rayonunda yerləşir və ilkin qiymətlər 171 500 manatdan 563 000 manatadək dəyişir.
Belə ki, Xətai rayonu üzrə Çingizxan Kərimov küçəsi, giriş 3D ünvanında yerləşən 204 kvadratmetrlik obyekt 510 000 manata (beh 2 550 manat), Xudu Məmmədov küçəsi, giriş 178A ünvanındakı 68,6 kvadratmetrlik sahə 171 500 manata (beh 857,50 manat), Çingizxan Kərimov küçəsi, giriş 3A ünvanındakı 105,7 kvadratmetrlik obyekt 264 250 manata (beh 1 321,25 manat), Çingizxan Kərimov küçəsi, giriş 3C ünvanındakı 211,5 kvadratmetrlik sahə 528 750 manata (beh 2 643,75 manat), Çingizxan Kərimov küçəsi, giriş 38 ünvanındakı 225,2 kvadratmetrlik obyekt 563 000 manata (beh 2 815 manat), Tusi küçəsi, giriş 435D ünvanındakı 115 kvadratmetrlik qeyri-yaşayış sahəsi isə 253 000 manata (beh 1 265 manat) təklif olunur.
Yasamal rayonu, Mir Möhsün Nəvvab küçəsi, giriş 42A ünvanında yerləşən 895,4 kvadratmetrlik obyektin ilkin satış qiyməti isə 200 000 manat, beh məbləği 1 000 manat müəyyən edilib.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026