15:18 - 27.11.2026
27 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Qarabağ iqtisadi rayonunda 547,9 min ton dənli və dənli paxlalı bitkilər yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% çoxdur.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, region üzrə ən yüksək məhsuldarlıq Ağcabədi (181,5 min ton), Füzuli (146,6 min ton) və Bərdə (69,1 min ton) rayonlarının payına düşüb.
Digər rayonlar üzrə yığım belə olub:
• Ağdam: 56,3 min ton (-12,8%)
• Xocavənd: 34,9 min ton (+6,1%)
• Tərtər: 34,3 min ton (+25,5%)
• Xocalı: 14,9 min ton (2,3 dəfə artım)
• Ağdərə: 5,7 min ton (-21,1%)
• Şuşa: 4,6 min ton (+18,5%)
Hesabat dövründə lider rayonlardan Ağcabədidə 8,1%, Füzulidə 4,4%, Bərdədə isə 13,2% artım qeydə alınıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026