Aqrar sahədə uçot sisteminin qurulması vacibdir - Deputat

16:10 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. Kənd təsərrüfatında tətbiq olunan elektron qaimə-faktura sistemi vasitəsilə müfəssəl uçot sistemi qurulmalıdır.

Milli Məclisin komitə iclasında deputat Azər Əmiraslanov qeyd edib ki, vergi məsələlərinin uçotla əlaqələndirilməsi dövlətə hər bir fermerə göstərilən dəstəyin səmərəliliyini qiymətləndirmək və ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini daha real göstəricilərlə hesablayaraq ərzaq balansını dəqiq tərtib etmək imkanı verəcək.