15:22 - 13.11.2026
13 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalı 1.4% faiz artıb.
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda faktiki qiymətlərlə 13 milyard 123 mln 300 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb. İlk doqquz ayda bu göstərici 1,1% olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilk on ayda bitkiçilik məhsullarının istehsalı 1,2%, heyvandarlıq məhsullarının istehsalı isə 1,6% artıb.
Yanvar–sentyabr ayları ilə müqayisədə bitkiçilikdə illik artım tempi 0,5%-dən 1,2%-ə yüksəlib, heyvandarlıqda isə 1,9%-dən 1,6%-ə enib.
Kənd təsərrüfatında ümumi məhsulun dəyərinin 50,2%-i bitkiçiliyin, 49,8%-i heyvandarlığın payına düşmüşdür. Beləliklə, məbləğlər müvafiq olaraq təxminən 6 milyard 587,9 mln manat və 6 milyard 535,4 mln manat təşkil edib.
2025-ci ilin eyni dövründə bitkiçilik məhsullarının dəyəri 6 milyard 449 milyon 500 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 6 milyard 790 milyon 900 min manat olub.
Son bir il ərzində heyvandarlığın ümumi istehsal dəyərindəki payı 48,5%-dən 49,8%-ə yüksəlib. Eyni dövrlər üzrə illik real artım tempi heyvandarlıqda 0,4%-dən 1,6%-ə qalxıb, bitkiçilikdə isə 1,5%-dən 1,2%-ə düşüb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026