Baytarlıq pasportu bahalaşır: Rüsum 30 manat olur

12:03 - 18.11.2026


18 noyabr, Fineko/abc.az ​Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması üçün tələb olunan baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.

Bu addım 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət üzrə pasportun təqdim edilməsi fonunda müraciət sayının, eləcə də pasportun hazırlanmasına sərf olunan maliyyə resurslarının və digər xərclərin artması ilə əsaslandırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.