"Alibaba"ya qarşı casusluq qalmaqalı iddiası: Səhmdarlar şirkəti məhkəməyə verib

11:35 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. Çinin elektron ticarət nəhəngi "Alibaba" "Nvidia"nın sabiq baş direktoru Censen Xuanqın istefasına səbəb olan casusluq qalmaqalı ilə bağlı əlaqələrini gizlədərək səhmdarları aldatmaqda ittiham olunur və bu səbəbdən Nyu-Yorkda məhkəməyə verilib.

Bildirilir ki, "Alibaba" 2024, 2025 və 2026-cı il illik hesabatlarında ixrac nəzarəti pozuntularının biznesinə vura biləcəyi riskləri bilərəkdən azaldaraq səhm qiymətini süni şəkildə şişirdib. İddiaçılar "Alibaba"nın Pekinin qabaqcıl "Nvidia" süni intellekt çiplərinə çıxışına kömək etməkdə şübhəli bilinən Sinqapurun "Megaspeed" şirkəti və onun icraçı direktoru Alis Xuanq ilə əlaqələrinə diqqət çəkiblər.

Qeyd olunur ki, "Alibaba"nın "Megaspeed"in əsas müştərisinə çevrilməsi və ABŞ-ın Çin Sİ şirkətlərinə qarşı məhdudiyyətləri sərtləşdirəcəyinə dair xəbərlər fonunda şirkətin səhmləri ötən həftə dörd gün ərzində 14% ucuzlaşıb.

Şirkətin baş direktoru Eddi Vunun da cavabdeh qismində yer aldığı iddia 2024-cü il mayın 23-dən 2026-cı il noyabrın 11-dək olan dövrdə "Alibaba"nın Amerika depozitar səhmlərinə sahib olan investorlara dəymiş ziyanın ödənilməsini tələb edir.