11:39 - 18.11.2026
18 Noyabr, Fineko/abcnews. ABŞ və Cənubi Koreyanın kibertəhlükəsizlik qurumları dünyada geniş istifadə olunan "Java" proqramlaşdırma dilində aşkar edilmiş kritik təhlükəsizlik boşluqları səbəbindən istifadəçilərə və korporativ sistem inzibatçılarına təcili yeniləmələri quraşdırmaq barədə çağırış ediblər.
Rəsmi xəbərdarlıqlara əsasən, sözügedən boşluqlar hakerlərə hədəf sistemlərdə uzaqdan zərərli kod icra etmək (Remote Code Execution), məxfi məlumatlara icazəsiz giriş əldə etmək və ya serverlərin fəaliyyətini tamamilə dayandırmaq (sistem qəzası yaratmaq) imkanı verir.
"Java"nın bank-maliyyə sektoru, dövlət informasiya sistemləri, bulud platformaları və iri korporativ tətbiqlərin əsasını təşkil etdiyini nəzərə alan tənzimləyicilər bu zəifliklərin kiberhücumçular tərəfindən kütləvi şəkildə istismar olunma riskinin yüksək olduğunu vurğulayırlar.
Mütəxəssislər bütün fərdi istifadəçilərə, proqram təminatı istehsalçılarına və şirkətlərə "Oracle" tərəfindən buraxılmış ən son təhlükəsizlik yamalarını dərhal tətbiq etməyi, həmçinin aktiv sistemlərdə köhnəlmiş "Java" versiyalarını yoxlayaraq yeniləməyi tövsiyə edirlər.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026