Trampdan Çin süni intellektinə qarşı yeni həmlə: ABŞ şirkətlərinə məcburi hesabat tələbi

16:36 - 18.11.2026


18 Noyabr, Fineko/abcnews. "Reuters" agentliyinin məlumatına görə, Donald Tramp administrasiyası ABŞ şirkətlərindən Çinin süni intellekt (AI) modellərindən istifadə etdiklərini ictimai şəkildə bəyan etməyi tələb etmək imkanını nəzərdən keçirir.

Maliyyə Nazirliyi və Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsi (OSTP) tərəfindən müzakirə olunan plana əsasən, məsələn, müştəri xidmətlərində Çinin "Alibaba" şirkətinin "Qwen" modelindən yararlanan "Airbnb" kimi şirkətlər bu məlumatı öz rəsmi saytlarında dərc etməli olacaqlar.

Vaşinqton bununla Pekinlə münasibətləri və ya texnologiya sektorunu qəzəbləndirəcək sərt qadağalar tətbiq etmədən, ucuz Çin açıq çəkili (open-weight) AI modellərindən (DeepSeek, Kimi, Qwen) asılılığı ictimai təzyiq yolu ilə azaltmağı hədəfləyir.