Dünyada zeytun yağı istehsalı 3,7 milyon tonla rekorda çatacaq, qiymətlər kəskin ucuzlaşıb

16:13 - 19.11.2026


19 Noyabr, Fineko/abcnews. FAO-nun "Gıda Görünümü" hesabatına görə, 2026/2027 mövsümündə qlobal zeytun yağı istehsalı 3,7 milyon ton səviyyəsinə yüksələrək tarixi rekord yeniləyəcək, istehlak isə 6% artacaq.

Dünyanın ən böyük zeytun yağı istehsalçısı olan İspaniyada istehsalın 22,7% artaraq 1,6 milyon tona çatacağı proqnozlaşdırılır. Bol məhsul fonunda 2026-cı ilin sentyabrında sızma zeytun yağının topdansatış qiymətləri illik müqayisədə 18,3%, İtaliyanın Bari şəhərində isə 50%-dən çox ucuzlaşıb.

Ümumilikdə, 2026/27-ci illərdə qlobal yağlı toxum istehsalının rekord həddə çatması gözlənilsə də, bioyanacaq sektorundan gələn yüksək tələbat bitki yağı ehtiyatlarının azalmasına səbəb ola bilər.