FAO: 2026-cı ildə qlobal süd istehsalı 1,8% artacaq, mal və qoyun əti istehsalı isə azalacaq

16:18 - 19.11.2026


19 Noyabr, Fineko/abcnews. FAO-nun proqnozlarına əsasən, 2026-cı ildə qlobal süd istehsalı 1,8%, süd məhsullarının beynəlxalq ticarəti isə 2,1% artacaq (əsasən süd tozu ixracı hesabına).

Hesabatda qeyd olunur ki, yüksək zülallı pendiraltı suyu komponentlərinə olan güclü tələbat pendir istehsalının gəlirliliyini artırır. Ət bazarında isə 2026-cı ildə quş əti istehsalının hesabına ümumi artım müşahidə olunsa da, mal-qara təklifinin məhdudluğu səbəbindən mal və qoyun əti istehsalının azalacağı gözlənilir.

Eyni zamanda, 2026-cı ilin əvvəlindən müşahidə olunan yem (xüsusilə yağlı bitki toxumlarından əldə edilən cecələr) və enerji qiymətlərinin artması heyvandarlıq təsərrüfatlarının mənfəət marjalarına təzyiq göstərir.