12:16 - 18.11.2026
18 Noyabr, Fineko/abcnews. Böyük Britaniya Milli Statistika Bürosunun məlumatına görə, oktyabr ayında ölkədə illik inflyasiya sentyabrdakı 3,5%-dən 3,6%-ə yüksələrək son bir ilin maksimum həddinə çatıb. Aylıq bazda istehlak qiymətləri proqnozlara uyğun olaraq 0,5% artıb.
Artıma əsasən ev təsərrüfatlarının enerji tariflərindəki 4%-lik yüksəliş və yanacaq xərclərinin bahalaşması təsir göstərib ki, bu da restoran və hotel xidmətlərindəki qiymət yumşalması ilə yalnız qismən kompensasiya olunub.
Hesabat dövründə baza inflyasiyası illik 2,8% (aylıq 0,3%), xidmət inflyasiyası isə 3,7% təşkil edib. Oktyabrda pərakəndə qiymətlər illik 4,2%, istehsalçı qiymətləri isə 5,1% artıb.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026