Qlobal şəkər və düyü istehsalı azalacaq: FAO bazar balansının daralması barədə xəbərdarlıq edib

16:24 - 19.11.2026


19 Noyabr, Fineko/abcnews. FAO-nun "Gıda Görünümü" hesabatına görə, 2026/2027 mövsümündə dünya şəkər istehsalı azalaraq qlobal istehlak səviyyəsindən aşağı düşəcək.

Son aylarda beynəlxalq şəkər qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi bazarda təklif çatışmazlığı ilə bağlı narahatlıqları əks etdirir. Eyni zamanda, istehsalçı marjalarının aşağı düşməsi və "El-Ninyo" iqlim hadisəsinin yaratdığı əlverişsiz hava şəraiti səbəbindən dünya düyü istehsalının son dörd mövsümdə ilk dəfə azalacağı və istehlak həcmindən geri qalacağı gözlənilir.

Buna baxmayaraq, əvvəlki dövrlərdən qalan iri ehtiyatlar qlobal düyü rezervlərini tarixin ikinci ən yüksək səviyyəsində saxlayacaq.