11:18 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. Rusiya bu ilin sentyabr ayında Türkiyədən rekord məbləğdə – 73 milyon dollar dəyərində balıq idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Bu barədə Türkiyə Statistika Xidmətinin məlumatlarında qeyd olunur.
Belə ki, sentyabr ayında Türkiyənin Rusiyaya ümumi balıq ixracı 72,6 milyon dollara çataraq tarixi rekordu yeniləyib. Avqust ayı ilə müqayisədə tədarükün həcmi 34%, illik müqayisədə isə 1,5 dəfə artıb.
Sentyabrda Türkiyənin Rusiya Federasiyasına balıq ixracının artması, həcmi 53,5 milyon dollara çatan dondurulmuş qızılxallı balığın (forel) rekord tədarükü ilə bağlıdır. Təzə və soyudulmuş balığın əlavə tədarükü isə əvvəlki dövrlərlə müqayisədə artaraq 17,1 milyon dollar təşkil edib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026