10:13 - 29.10.2026
29 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7,5% səviyyəsində sabit saxlanılıb.
AMB-nin bu qərarı ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, faktiki və proqnozlaşdırılan inflyasiya göstəricilərinin hədəf diapazonunda (4±2%) saxlanılması, eləcə də bank sektorunda mövcud olan struktural likvidlik mövqeyinin təhlilinə əsaslanır.
Tənzimləyici tərəfindən inflyasiya gözləntilərinin stabilləşdirilməsi və daxili valyuta bazarında təklifin tələbi üstələməsi pul-kredit siyasətinin cari parametrlərinin saxlanılmasını şərtləndirib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026