12:54 - 8.01.2019
8 yanvar, Fineko/abc.az. Fuad Quliyev “AzRe Tekrarsığorta” təkrarsığorta şirkətinin Direktorlar Şurasının sədri təyin olunub.
Şirkətdən verilən məlumata görə, o, bu vəzifədə Vəliəhəd Səfərovu əvəz edib.
Əvvəllər Fuad Quliyev idarə heyətinin sədri vəzifəsində çalışıb, indi isə həmin vəzifəni Vüsal Abbasov icra edəcək.
“AzRe Tekrarsigorta” ölkədə yeganə ixtisaslaşdırılmış təkrarsığorta şirkətidir və 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin iki törəmə şirkəti var – “Qala Insurance” və “Qala Life”.