Neft bahalaşır: Brent — $114, WTI-ın bir barreli $100-ı ötüb

09:27 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclar zamanı dünya bazarında neft qiymətləri artmaqda davam edir.

Saat 09:21-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin dekabr fyuçersləri $0,83 (0,73%) bahalaşaraq bir barreli üçün $114-a çatıb. Çərşənbə axşamı, 22 oktyabr keçirilən hərracların yekununda isə onların dəyəri $4,35 (4%) artaraq bir barreli üçün $113,17 təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:21-ə qədər $0,86 (0,86%) artaraq bir barreli üçün $100,33 olub. Ötən ticarət sessiyasının yekunlarına əsasən, müqavilənin qiyməti $2,32 (2,39%) bahalaşaraq bir barreli üçün $99,47-yə yüksəlmişdi.