14:27 - 23.10.2026
23 Oktyabr, Fineko/abc.az. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiyadan dizel yanacağının tədarükü üzrə ümumi mutabakatın olduğunu bəyan edib.
Nazir bildirib ki, müqavilələrin şirkətlər səviyyəsində təsdiqlənməsi tələb olunsa da, proses üzrə razılıq artıq mövcuddur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında aparılan telefon danışığından sonra ABŞ Xəzinədarlığının (OFAC) xüsusi lisenziya verməsi ilə Rusiya hökuməti 10 oktyabr tarixindən etibarən dizel ixracına qoyulan qadağanı qismən ləğv edib.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026