Neft bahalaşır: Brent bir barel üçün 110 dolları keçdi

09:22 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclar zamanı dünya bazarında neftin qiyməti artır.

Bakı vaxtı ilə saat 09:17-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin dekabr fyuçersləri 1,37 dollar (1,26%) bahalaşaraq bir barel üçün 110,16 dollar təşkil edib. Çərşənbə axşamı, oktyabrın 20-də keçirilən hərracların yekununda müqavilənin dəyəri 0,76 dollar (0,69%) azalaraq bir barel üçün 108,79 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:17-yə qədər 1,12 dollar (1,14%) artaraq bir barel üçün 98,94 dollara yüksəlib. Əvvəlki hərracların nəticələrinə görə, müqavilə 0,72 dollar (0,73%) ucuzlaşaraq 97,82 dollar təşkil etmişdi.