ABŞ-da neft ehtiyatları kəskin azalıb — Eniş proqnozları 3 dəfədən çox üstələyib

10:13 - 23.10.2026


23 Oktyabr, Fineko/abc.az. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsi (EIA) ölkədəki kommersiya neft ehtiyatlarına dair həftəlik hesabatını açıqlayıb.

Məlumatlara əsasən, 16 oktyabrda başa çatan həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 3,061 milyon barel azalıb. Təhlilçilər isə ehtiyatların cəmi 0,8 milyon barel azalacağını proqnozlaşdırırdılar.

Eyni dövrdə benzin ehtiyatları 2,952 milyon barel azaldığı halda (proqnoz: -0,4 milyon barel), distillyat ehtiyatları 1,675 milyon barel artıb (proqnoz: -1,2 milyon barel).