09:23 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti artır.
Saat 09:19-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 2,30 dollar (2,11%) bahalaşaraq bir barrel üçün 111,12 dollar təşkil edib. Çərşənbə axşamı, 21 oktyabr ticarətinin yekunlarına əsasən, müqavilənin dəyəri 0,03 dollar (0,03%) artaraq bir barrel üçün 108,82 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:19-dək 1,85 dollar (1,90%) artaraq bir barrel üçün 99,00 dollar təşkil edib. Əvvəlki ticarət sessiyasının yekunlarına görə, müqavilə 0,67 dollar (0,68%) ucuzlaşaraq 97,15 dollar olmuşdu.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026