11:17 - 8.01.2019
8 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Susay-Xınalıq yolunun tikintisinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisini davam etdirmək üçün 2019-cu ilin dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 13 milyon manat ayrılacaq.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləği maliyyələşdirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.