10:05 - 8.01.2019
8 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 2,44% artıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,69 dollar təşkil edir.
7 yanvat tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 0,56 dollar (1,17%) artaraq bir barelə 48,52 dollar təşkil etmişdir.
“ICE” birjasında keçirilən bazar ertəsi keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 0,27 (0,47%) artaraq bir barelə 57,33 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 8,81dollara bərabərdir.