11:22 - 4.01.2019
4 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejimdə işləyiblər.
Avtovağzal 5 yanvar tarixinə qədər bu rejimdə işləməyə davam edəcək.
Bayram günlərində böyük sərnişin axını səbəbindən, dəmiryolçuları daxili reyslərinin qatarlarına və Bakı-Tbilisi-Bakı reysinin qatarlarına əlavə 82 vaqon birləşdirməli olublar. Bakı- Tbilisi -Bakı reysi ilə bayram günlərində 20 171 sərnişin daşınıb ki, bu da adi günlərdən dəfələrlə çoxdur. 30 dekabr 2018-ci ildən fəaliyyət göstərən Bakı-Gəncə-Bakı reysi 309 sərnişin tərəfindən istifadə olunub.
Bayramlarda avtobus reysləri ilə 111 066 sərnişin daşınıb.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026