Azərbaycanın kommersiya nanklarının xarici öhdəlikləri ollik 30% artıb

10:15 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Azərbaycanda kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2026-cı ilin avqustunun sonunda 3 milyard 591,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 2 milyard 763,6 milyon manatla müqayisədə 828,2 milyon manat və ya 30% çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, bankların xarici öhdəlikləri iyulun sonunda 3 milyard 232,3 milyon manat idi. Beləliklə, təkcə avqust ayında göstərici 359,5 milyon manat və ya 11,1% artıb.

Bankların məcmu xarici aktivləri isə avqustun sonunda 9 milyard 365,2 milyon manat olub. İyulla müqayisədə xarici aktivlər 320,2 milyon manat və ya 3,5% artsa da, illik müqayisədə demək olar dəyişməyib. 2025-ci ilin avqustunda bu göstərici 9 milyard 380 milyon manat idi.

Bu fonda bankların xalis xarici aktivləri avqustda 4 milyard 132,9 milyon manata düşüb. Bir ay əvvəl göstərici 4 milyard 218,8 milyon manat, ötən ilin avqustunda isə 5 milyard 442,8 milyon manat idi. Beləliklə, xalis xarici aktivlər aylıq 2%, illik isə 24,1% azalıb.