Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

11:19 - 2.10.2026


2 Oktyabr, Fineko/abc.az. Azərbaycan Yaxın Şərqdə baş verən regional proseslərdən narahatdır və özünü ətraf regionda uzunmüddətli qeyri-sabitliyə hazırlayır.

Bu barədə CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.

H.Hacıyev Ermənistan cəmiyyətində revanşist qüvvələrin, xüsusilə gənclər arasında hələ də güclü olmasının narahatlıq doğurduğunu vurğulayaraq, Ermənistan hökumətini öz xalqını sülhə hazırlamağa çağırıb.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın strateji qətiyyəti sülh gündəliyini reallaşdırmaq, onu sahədə möhkəmləndirmək və regionda uzunmüddətli sabitliyi təmin edəcək yeni arxitektura qurmaqdır.