Yeni avro banknotları 2030-cu illərin əvvəlindən tədavülə buraxılacaq — AMB

15:24 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) yeni nəsil avro banknotlarının dizayn konsepti üzrə qərarın bu ilin sonunadək veriləcəyini və yeni seriyanın 2030-cu illərin əvvəlindən etibarən tədavülə daxil olacağını açıqlayıb.

Dizayn seçimində 23 İyul – 21 Sentyabr 2026-cı il tarixləri arasında keçirilən və 10 milyona yaxın insanın qatıldığı sorğunun nəticələri nəzərə alınacaq. Sorğuda "Avropa Mədəniyyəti" (Lüdviq van Betxoven, Mari Kuri və s.) və "Çaylar və Quşlar" mövzuları üzrə 10 müxtəlif konsept səsə qoyulub.

Yeni banknotlar saxtakarlığa qarşı mütərəqqi mühafizə sistemləri, ekoloji istehsal texnologiyası və görmə məhdudiyyətli şəxslər üçün xüsusi elementlərlə təchiz ediləcək. Mövcud banknotlar da öz hüquqi qüvvəsini saxlayacaq. Hazırda avro 21 Aİ ölkəsində təxminən 358 milyon insan tərəfindən istifadə olunur.