Mis konsentratı istehsalı 5,5 dəfə artıb

15:10 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə artaraq 12,5 min tona çatıb.

Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, yanvar-iyul aylarında ölkədən 152 milyon dollar dəyərində 69,1 min ton mis filizi və konsentratı ixrac olunub ki, bu da illik müqayisədə fiziki həcm üzrə 6,9 dəfə, gəlir üzrə isə 9,5 dəfə artım deməkdir.

İstehsalın və ixracın kəskin artmasında Ağdərə rayonundakı “Dəmirli” Filiz Emalı Kompleksi və Gədəbəydə fəaliyyət göstərən “Anglo Asian Mining” şirkətinin hasilat göstəriciləri mühüm rol oynayır.