23:11 - 22.09.2026
22 Sentyabr, Fineko/abc.az. ABŞ Ədliyyə Nazirliyi və Manhetten Prokurorluğu dünyanın ən iri kriptovalyuta birjası olan "Binance" qarşı yeni təhqiqat başladılması imkanlarını araşdırır.
Mənbələrin verdiyi məlumata görə, prokurorlar birjanın İrana qarşı tətbiq olunmuş ABŞ sanksiyalarını pozaraq platformada qanunsuz ticarət əməliyyatlarına qəsdən göz yumub-yummadığını yoxlayırlar.
Bu təhqiqat ABŞ Ədliyyə Nazirliyinin sentyabr ayında İrandan qanunsuz neft satışından əldə olunan və Çin şirkətləri vasitəsilə "Binance" hesablarından keçirilən 61 milyon dollar dəyərində kriptovalyuta vəsaitinin müsadirəsi üzrə iddiasından dərhal sonra gündəmə gəlib.
"Binance" nümayəndələri sanksiya qaydalarının pozulmasına qarşı sıfır dözümlülük siyasəti yürütdüklərini və hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiklərini bildiriblər.
Xatırladaq ki, birja 2023-cü ildə oxşar sanksiya pozuntularına görə ABŞ hakimiyyətinə 4,3 milyard dollar məbləğində rekord cərimə ödəmişdi.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026