Naxçıvanda qeyri-yaşayış və torpaq icarəsindən daxilolmalar kəskin artıb

17:07 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 643,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 % çoxdur.

Bundan başqa, 7 ayda Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 133 yeni müqavilə bağlayıb, bunlardan 87-si qeyri-yaşayış, 46-sı isə torpaq sahələrinə aid olub, həmçinin 165 icarə müqaviləsinin müddəti uzadılıb.