Dünya bazarında gümüş 5% kəskin ucuzlaşdı

16:12 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. ABŞ və İran arasında sülh danışıqlarının dayanması, xammal neftinin bahalaşması və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda gümüşün qiyməti 5% düşərək bir unsiya üçün 61 dollar təşkil edib. Eyni zamanda qızılın qiyməti də 3% geriləyib.

"PL Capital"ın əmtəə şöbəsinin rəhbəri Aşiş Racodiya bildirib ki, yüksək neft qiymətləri inflyasiya risklərini artıraraq ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul-kredit siyasətini saxlayacağı gözləntilərini gücləndirir.

"CME FedWatch" məlumatlarına görə, bazar iştirakçılarının 68%-dən çoxu FED-in oktyabr iclasında uçot dərəcəsini 25 baza bəndi artıracağını proqnozlaşdırır.