Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsində yeni tunel inşa ediləcək

10:21 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində pik saatlarda yaranan sıxlığın qarşısını almaq üçün yeni layihənin icrasına başlayır.

Ərazidə tunel tipli yolötürücüsü, dairəvi hərəkətli yolayırıcı, Qaradağ istiqamətində yan yol və piyada infrastrukturu inşa ediləcək. Nəqliyyat axınlarının müxtəlif səviyyələrə ayrılması manevr maneələrini aradan qaldıracaq, habelə 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində yükün səmərəli bölüşdürülməsini təmin edəcək.

Bu təşəbbüs "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində reallaşdırılır.