ADY rels alışına böyük vəsait xərcləmək istəyir

12:20 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC rels alışı üzrə 2.8 milyon manatdan çox dəyəri olan tender elan edib.

“Azərbaycan Dəmir Yolları” QSC İmişli rayonunda dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində “R65” tipli dəmir yolu relslərinin satın alınması ilə bağlı müsabiqə elan edib.

Müsabiqənin ehtimal olunan qiyməti 2 885 270 manat təşkil edir.