17:15 - 28.09.2026
28 sentyabr, Fineko/abc.az. 250 min manat nizamnamə kapitalına malik “Ekol Veyst Management” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Şirkətin ləğvi ilə bağlı kreditorlar öz tələblərini iki ay ərzində AZ1027, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 574, Zığ yolu ünvanına bildirə bilərlər.
Şirkətin qanuni təmsilçisi Ayxan Ədalət oğlu Əliyevdir. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10g, 1131-ci məhəllədir.
Xatırladaq ki, 2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 100 % təsisçiliyi ilə “EKOL Veyst Management” MMC və “Interchemservices” MMC yaradılaraq tullantıların idarə olunması sahəsində fəaliyyətə göstərməkdədirlər.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026