“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi tam yekunlaşıb

15:25 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvetməsini həyata keçirdiyi “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi başa çatıb. Məhkəmə qərarı ilə 2015-ci ildən məcburi ləğvinə başlanılan və 2019-cu ildən ləğvedicisi ƏSF təyin olunan bankın bütün öhdəliklərinin icrası tam təmin edilib.

Hüquqi prosedurlar tamamlandıqdan sonra Fondun müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2026-cı il tarixli qərarı ilə bankın ləğv prosesi rəsmən yekunlaşdırılıb və ƏSF-nin ləğvedici fəaliyyətinə xitam verilib.