16:16 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun əsasında tibbi şirkət olan "Azəri Med" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, adıçəkilən şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi pərakəndə satış qiymətinin yuxarı həddini aşaraq satıb.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə uyğun olaraq (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) pozuntu müəyyən edilib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026