09:42 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Bazar ertəsi günü keçirilən ticarət əməliyyatlarında etalon neft markalarının qiymətləri aşağı düşür.
Saat 09:38-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersi $1,78 (1,71%) ucuzlaşaraq bir bareli üçün $102,09 təşkil edib. Sentyabrın 18-də baş tutan ticarətin yekunlarına əsasən, bu müqavilənin qiyməti $0,95 (0,91%) aşağı düşərək bir bareli üçün $103,87 olub.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin noyabr fyuçersinin qiyməti saat 09:38-ə qədər $1,79 (1,86%) azalaraq bir bareli üçün $94,29 təşkil edib. Ötən sessiyanın nəticələrinə görə isə müqavilənin qiyməti $1,15 (1,18%) enərək bir barreli üçün $96,08 olub.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026