09:29 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiymətləri enməkdə davam edir.
Saat 09:25-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersi $1,15 (1,10%) ucuzlaşaraq bir barel üçün $103,67 təşkil edib. Sentyabrın 17-də keçirilən hərracların yekununda isə bu müqavilənin qiyməti $1,01 (0,95%) aşağı enərək bir barel üçün $104,82 olub.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin oktyabr fyuçersinin qiyməti saat 09:25-ə qədər $0,89 (0,87%) azalaraq bir barel üçün $101,02 təşkil edib. Əvvəlki hərracların yekununda isə müqavilənin qiyməti $0,52 (0,51%) ucuzlaşaraq bir barel üçün $101,91 olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026