10:24 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat (23.08 mlrd dollar) proqnozlaşdırılır. Bu göstərici 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625 milyon manat (1.6 faiz), 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 49.4 milyon manat (0.1 faiz) çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin göstəriciləri ilə müqayisədə 696.4 milyon manat (1.7 faiz) artaraq 42 milyard 400 milyon manat (24.94 mlrd dollar) səviyyəsində nəzərdə tutulur. Bu isə 2025-ci ilin icra olunmuş xərclərindən 3 milyard 795.4 milyon manat (9.8 faiz) çoxalma deməkdir.
Büdcənin kəsiri isə 2026-cı illə müqayisədə 71.4 milyon manat (2.3 faiz) artaraq 3 milyard 166 milyon manat (1.86 mlrd dollar) təşkil edəcək ki, bu da ÜDM-in 2.2 faizinə bərabərdir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026