09:28 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Ötən gün baş verən ucuzlaşmadan sonra cümə axşamı ticarət sessiyasında etalon markaların qiymətləri zəif azalır.
Saat 09:23-ə olan məlumata görə, Londonun ICE Futures Europe birjasında "Brent" markalı neftin noyabr fyuçersi 0,08 dollar (0,08%) ucuzlaşaraq bir barel üçün 105,75 dollar təşkil edib. Sentyabrın 16-da baş tutan ticarətin yekunlarına əsasən, müqavilə 2,92 dollar (2,69%) ucuzlaşaraq 105,83 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin oktyabr fyuçersinin qiyməti saat 09:23-ə qədər 0,22 dollar (0,21%) azalaraq bir barel üçün 102,21 dollara enib. Sentyabrın 16-da baş tutan ticarətin yekununda isə müqavilə 3,40 dollar (3,21%) ucuzlaşaraq 102,43 dollar təşkil edib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026