ABŞ neftinin Asiyaya daşınma xərci 44.8 milyon dollarlıq rekord həddə çatdı

11:04 - 16.09.2026


16 Sentyabr, Fineko/abc.az. Yaxın Şərqdə tədarük zəncirinin pozulması fonunda ABŞ xam neftinin Asiya bazarlarına nəql olunma xərcləri tarixi rekord vuraraq 44.8 milyon dollara (76.16 milyon AZN) yüksəlib.

 "Baltic Exchange" birjasının məlumatlarına görə, ABŞ Körfəz sahillərindən Çinə 2 milyon barel xam neft daşımaq üçün böyük neft tankerlərinin (VLCC) icarə haqqı əvvəlki gün qeydə alınan 39 milyon dollarlıq səviyyəni sürətlə geridə qoyub. Hörmüz boğazında təhlükəsizlik risklərinin artması gəmilərin bu marşrutdan yayınmasına və qlobal tanker naxlıyyatında frat qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.

Yüksək daşıma xərclərinə baxmayaraq, ABŞ nefti BƏƏ-nin "Murban" markası kimi alternativlərlə müqayisədə qiymət üstünlüyünü qoruduğu üçün Asiyalı emal müəssisələri üçün hələ də iqtisadi cəhətdən əlverişli olaraq qalır.