14:28 - 16.09.2026
16 sentyabr, Fineko/abc.az. Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum olan 25 manatlıq paketə keçiriləcək.
Tariflərin vahidləşdirilməsi və infrastrukturun inkişafı məqsədilə qəbul edilən bu dəyişiklik yalnız sabit internet xidmətlərinə şamil olunacaq, mobil rabitə və mobil internet paketlərinə təsir etməyəcək.
Minlərlə abunəçiyə təsir göstərəcək yeni qaydalar çərçivəsində operatorların istifadəçilərə daha yüksək internet sürəti və əlavə xidmətlər təqdim edəcəyi gözlənilir.
Hazırda provayderlər müştəriləri mərhələli şəkildə məlumatlandırır və təfərrüatların yaxın vaxtlarda açıqlanacağı bildirilir.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026