"Deutsche Bank" kripto aktivlərin saxlanılması xidmətini istifadəyə verir

10:44 - 16.09.2026


16 Sentyabr, Fineko/abc.az. Almaniyanın nəhəng maliyyə konqlomeratı "Deutsche Bank" rəqəmsal aktivlər bazarına daxil olaraq kriptovalyutalar üçün saklama (custody) xidmətinin təmin edilməsi barədə strateji qərar qəbul edib.

Bankın açıqlamasına görə, tənzimləyici qurumların müvafiq icazələri alındıqdan sonra institusional müştərilər bu ilin sonunadək "Bitcoin", "Ether" və seçilmiş steyblkoinləri bank daxilində təhlükəsiz saxlayacaq və köçürə biləcəklər.

Gələcəkdə rəqəmsal aktiv portfelini tokenize olunmuş maliyyə alətləri hesabına genişləndirməyi planlaşdıran "Deutsche Bank"ın Ticari Bankacılıq üzrə Həmsədri Gerald Podobnik bildirib ki, rəqəmsal aktivlər ənənəvi maliyyə sisteminin alternativi deyil, onun mühüm tamamlayıcısıdır. Xidmətin ilk mərhələdə Almaniyadakı korporativ müştərilərə təqdim olunması nəzərdə tutulub.