Xidmətlər balansındakı kəsir 1,04 milyard dollara düşdü

17:21 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yarımilində Azərbaycanın xarici ölkələrlə xidmətlər üzrə ümumi ticarət dövriyyəsi 9,2 milyard dollara çatıb.

Dövriyyənin 4,1 milyard dolları Azərbaycan rezidentlərinin xaricə göstərdiyi xidmətlərin, 5,1 milyard dolları isə xaricdən idxal olunan xidmətlərin payına düşüb.

Nəticədə xidmətlər balansında 1,04 milyard dollarlıq mənfiyə işləmə (kəsir) qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azdır.

Xaricilər tərəfindən Azərbaycan rezidentlərinə göstərilən 700,6 milyon dollarlıq turizm xidmətinin 75,9 faizi isə birbaşa şəxsi səfərlərin payına düşüb.