14:50 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. Letoniyanın milli aviaşirkəti "AirBaltic" borc öhdəliklərini yenidən strukturlaşdırmaq məqsədilə ABŞ Müflisləşmə Məcəlləsinin 11-ci maddəsi (Chapter 11) çərçivəsində rəsmi müraciət edib.
Şirkətin bəyanatında bildirilir ki, bu proses zamanı əməliyyatların kəsintisiz davam etdirilməsi üçün 350 milyon avroluq daxili maliyyələşmə öhdəliyi cəlb olunub. Qərar 380 milyon avroluq istiqraz sahiblərinin kritik səsverməsindən bir gün əvvəl qəbul edilib.
Şirkət rəhbərliyi hüquqi prosedurların sərnişinlərə və gündəlik uçuşlara təsir etməyəcəyini, bütün reyslərin cədvələ uyğun həyata keçiriləcəyini və biletlərin etibarlı qaldığını vurğulayıb. Səhmlərinin 88,4%-i Letoniya dövlətinə, 10%-i isə "Lufthansa AG"yə məxsus olan aviaşirkət aviasiya yanacağının bahalaşması səbəbindən 2026-2027-ci illər üzrə ciddi maliyyə sıxıntıları ilə üz-üzə qalmışdı.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026