11:43 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan təhlükələr qlobal ticarətdə alternatiz ticarət yollarının önəmini yenidən gündəmə gətirib.
“Moody’s” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, mövcud risklər fonunda Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) qlobal ticarət axınlarının yenidən istiqamətlənməsindən böyük fayda götürür.
Yeni inkişaf imkanları: Orta Dəhlizin genişlənməsi Azərbaycan və Qazaxıstanın tranzit potesialını yüksəltməklə yanaşı, regional dəmir yolu və logistika operatorlarına yeni impuls verir.
Agentlik qeyd edir ki, marşrutun tam gücü ilə çalışması üçün iri həcmli sərmayələrə ehtiyac var.
Xəzər dənizindəki keçid imkanlarının məhdudluğu, infrastruktur çatışmazlıqları və borc yükünün artması dəhlizin potensialını tam reallaşdırmaq yolunda əsas maneələr hesab olunur.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026